Nazirlik rəsmisi: "Əksər iaşə obyektlərində naməlum mənşəli heyvan ətinin istifadəsindən imtina edilib"
- 01 mart, 2019
- 12:27
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 1 mart. REPORT.AZ/ "Azərbaycanda əksər iaşə obyektlərində naməlum mənşəli heyvan ətinin istifadəsindən imtina edilib".
"Report" xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji müxtəlifliyin qorunması departamentin direktoru Hikmət Əlizadə deyib.
Onun sözlərinə görə, nadir heyvanların ətinin restoranlarda satılması problemi yüz faiz həll olunmasa da, mənşəyi bilinməyən ov ətinin satılmasından əksər iaşə obyektləri imtina edir.
Nazirlik rəsmisi bildirib ki, ötən il bəzi restoranlarda nadir heyvan ətinin verilməsi ilə bağlı bir neçə dəfə reyd keçirilib: "Nadir heyvan ətinin restoranda satılması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi ilə birlikdə reydlərin keçirilməsi ilə bağlı işçi qrupları yaradılmışdı. İnanmıram ki, artıq Bakıda və regionlarda bu halla rastlaşasınız".