Ketrin Mur: Təbii fəlakətlər sosial inkişaf nailiyyətlərini sarsıdır və bərabərsizliyi artırır

Ekologiya
  • 21 may, 2026
  • 14:24
Ketrin Mur: Təbii fəlakətlər sosial inkişaf nailiyyətlərini sarsıdır və bərabərsizliyi artırır

Təbii fəlakətlər müntəzəm olaraq sosial inkişaf nailiyyətlərini sarsıdır və xüsusilə qeyri-rəsmi yaşayış məntəqələrinin sakinləri, qadınlar, yaşlı insanlar, əlilliyi olan şəxslər və köçkünlər arasında bərabərsizliyi artırır.

"Report" xəbər verir ki, bu barədə "International Federation of Landscape Architects"in nümayəndəsi Ketrin Mur Bakıda WUF13 çərçivəsində keçirilən tədbirdə bildirib.

Onun sözlərinə görə, məhz bu əhali qrupları əksər hallarda fəlakətlərdən sonrakı bərpanın rəsmi mexanizmlərindən sistematik olaraq kənarda qalırlar.

Mur qeyd edib ki, təkrarlanan təbii fəlakətləri artıq qlobal mənzil böhranından ayrı nəzərdən keçirmək mümkün deyil.

O vurğulayıb ki, bir çox ölkələrdə fəlakətlər səbəbindən mənzil itkiləri təhlükəsiz və əlçatan mənzil tikintisi templərini üstələyir, bunun nəticəsində icmalar dağıntı və qeyri-kafi bərpa dövrəsində qalırlar.

Murun sözlərinə görə, mövcud "əvvəlkindən daha yaxşı bərpa etmək" yanaşması çox vaxt kifayət qədər transformasiyaedici olmur və həssaslığın səbəblərini aradan qaldırmır.

"Çox vaxt bərpa işləri qısamüddətli siyasi dövrlər və təcili maliyyələşdirmə ilə müəyyən edilir, qərarlar isə icmaların iştirakı və uzunmüddətli planlaşdırma olmadan qəbul edilir", - o bildirib.

O, həmçinin vurğulayıb ki, fəlakətlərdən sonrakı bərpa insan hüquqlarına, əhalinin iştirakına, şəhərlərin və icmaların uzunmüddətli dayanıqlığına əsaslanmalıdır.

44 filmi