Ekspedisiya rəisi: "Bu gün Bayıldakı yeni sürüşmə sahəsindəki çatlara mayaklar qoyulacaq"

Ekologiya
  • 18 may, 2018
  • 05:48
Ekspedisiya rəisi: Bu gün Bayıldakı yeni sürüşmə sahəsindəki çatlara mayaklar qoyulacaq
Report/ Elchin Murad

Bakı. 18 may. REPORT.AZ/ "Bu gün Bayılda yeni sürüşmə sahəsindəki çatlara mayaklar qoyulacaq".

Bunu “Report”a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib. 

O bildirib ki, mayaklar qoyulandan sonra ərazidəki dəyişiklikləri müşahidə etmək mümkün olacaq: "Çatlarda olan dəyişiklikləri gözlə görmək mümkün deyil, mütləq mayaklar qoyulmalıdır".

Ə.Qaralov qeyd edib ki, qışda, yanvar ayında baş verən sürüşmə ərazisində aparılan işlərin hesabatı hazırlanır: "Hesabatın hazırlanması işini sürətləndirmişik. Çalışırıq vaxtından əvvəl hesabatı hazırlayıb təqdim edək". 

44 filmi