Ekologiya və təbii sərvətlər naziri Masallıda vətəndaşları qəbul edəcək
- 20 avqust, 2018
- 08:33
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 20 avqust. REPORT.AZ/ Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Masallı, Yardımlı, Lənkəran, Astara və Lerik rayonlarının sakinlərini qəbul edəcək.
Nazirliyin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, qəbul avqustun 31-də Masallı şəhərində yerləşən Heydər Əliyev Mərkəzində (ünvan: Masallı şəhəri, Qarabağ küçəsi) keçiriləcək.
Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyatdan keçmək üçün info@eco.gov.az və ecologiya.nazirliyi@eco.gov.az elektron poçt ünvanları, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 saylı “Qaynar xətt”i, həmçinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi (ünvan: Lənkəran şəhəri, Füzuli küçəsi 75) ilə əlaqə saxlaya (əlaqə telefonları: 050-369-20-77, 050-275-37-75, 025-25-4-70-54) bilərlər.