Azərbaycana yay fəsli daxil olub
Ekologiya
- 21 iyun, 2026
- 12:24
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycana yay fəsli (Yay günəş duruşu) iyunun 21-i saat 12:24-də daxil olub.
"Report" xəbər verir ki, şimal yarımkürəsində astronomik yay fəsli, Cənub yarımkürəsində isə qış fəsli başlayıb. Bu hadisə zamanı Yerin fırlanma oxu ilə Günəşin istiqaməti arasında ən kiçik bucaq əmələ gəlir.
Nəticədə Günəş səmada ilin ən yüksək nöqtəsinə çatır. Bu gün Bakıda Günəş günorta vaxtı üfüqdən maksimum hündürlükdə (73.1°) olur.
Bu gün ilin ən uzun gündüzü və ən qısa gecəsinin müşahidə olunduğu gündür. Gündüzün uzunluğu 15 saat 03 dəqiqə 24 saniyə, gecənin uzunluğu isə 8 saat 56 dəqiqə 36 saniyədir. Yay fəslinin uzunluğu 93 gün 15 saat 40 dəqiqə 42 saniyə olacaq.
Son xəbərlər
10:45
Bakı metrosundan istifadə edən sərnişinlərin sayı 4 %-ə yaxın azalıb
İnfrastruktur
10:44
Pakistan husilərin Səudiyyə Ərəbistanının enerji obyektlərinə hücumlarının nəticələrindən narahatdır
Digər ölkələr
10:21
Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb
İnfrastruktur
10:05
Əraqçi İƏT XİN Şurasının iclasına qatılmaq üçün İraqa səfərə gedib
Digər ölkələr
09:54
Bu gün Bakıda ilk dəfə olaraq sumo üzrə dünya çempionatı keçiriləcək
Fərdi
09:54
Azərbaycan 9 ayda nəqliyyat və anbar təsərrüfatında 13 milyard manata yaxın gəlir əldə edib
İnfrastruktur
09:37
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb
Hadisə
09:27
Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (17.10.2026)
Maliyyə
09:25
Füzuliyə 9 ayda 125 milyon manata yaxın investisiya yatırılıb
Sənaye