Dünya çempionatlarında bir oyunda ən çox qol vuran futbolçular açıqlanıb
Dünya Çempionatı - 2022
- 22 oktyabr, 2022
- 04:59
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Dünya çempionatlarının final mərhələlərində bir oyunda ən çox qol vuran futbolçular bəlli olub.
"Report" Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) rəsmi saytına istinadən xəbər verir ki, siyahının ilk pilləsində Rusiya yığmasının sabiq hücumçusu Oleq Salenko qərarlaşıb.
53 yaşlı keçmiş forvard 1994-cü ildəki mundialın qrup matçında Kamerunu 6:1 hesabı ilə məğlub etdikləri görüşdə 5 qola imza atıb.
Digər 6 oyunçu bir qarşılaşmada 4 dəfə fərqlənə bilib.
Qeyd edək ki, DÇ-2022 noyabrın 20-dən dekabrın 18-dək Qətərdə təşkil olunacaq.
| Futbolçu | Ölkə | Qollar | Turnir | Oyun |
| Oleq Salenko | Rusiya | 5 | 28/06/1994 | Kamerun 6-1 |
| Ernest Vilimovski | Polşa | 4 | 05/06/1938 | Braziliya 5-6 |
| Ademir | Braziliya | 4 | 09/07/1950 | İsveç 7-1 |
| Şandor Koçiş | Macarıstan | 4 | 20/06/1954 | Almaniya 8-3 |
| Jyust Fonten | Fransa | 4 | 28/06/1958 | Almaniya 6-3 |
| Eysebio | Portuqaliya | 4 | 23/07/1966 | Şimali Koreya 5-3 |
| Emilio Butragenyo | İspaniya | 4 | 18/06/1986 | Danimarka 5-1 |
Son xəbərlər
20:55
Mətbuat Şurası sədrinin müavinləri müəyyənləşib
Media
20:54
Melaniya Tramp Oleşkidəki atəşkəsin davamlı sülhə doğru addım olacağına ümid edir
Digər ölkələr
20:35
Foto
Abşeron Olimpiya İdman Kompleksində kəmər dərəcələri üzrə rəsmi imtahan keçirilib
Fərdi
20:31
Paraqvay prezidenti "Ueno Bank"ın iflasından sonra istefa verib
Digər ölkələr
20:28
Rusiya və İran Rəşt - Astara dəmir yolunun tikintisi üzrə sənədlər paketi imzalayıb
Region
20:06
"Xocavənd" komandası "Zəfər naminə - Birlik Kuboku" futbol turnirinin qalibi olub
Futbol
20:02
İran HDQ: Son sutka ərzində Hörmüzdə marşrut qaydalarını pozan 5 tanker yanıb - Yenilənib
Digər ölkələr
19:49
UEFA Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu müəyyənləşib
Futbol
19:39
DGK qeyri-iş günlərində malların rəsmiləşdirilməsini təmin edəcək
Biznes