Moratinos: BMT Azərbaycan və Ermənistan arasında etimadı dəyərləndirir və tərəfdaşlığa ümid bəsləyir

Digər
  • 27 oktyabr, 2026
  • 12:48
Moratinos: BMT Azərbaycan və Ermənistan arasında etimadı dəyərləndirir və tərəfdaşlığa ümid bəsləyir

BMT Azərbaycan və Ermənistanın təşkilata etibarını yüksək qiymətləndirir və irsin qorunması sahəsində hər iki ölkə ilə işi davam etdirməyə hazırdır.

"Report" xəbər verir ki, bunu BMT-nin Sivilizasiyalar Alyansının nümayəndəsi Migel Anxel Moratinos Bakıda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda deyib.

"Həm Ermənistanın, həm də Azərbaycanın BMT-yə etibar etməsini, eləcə də təşkilat və vətəndaş cəmiyyəti ilə tərəfdaşlığın inkişafına ümid etməsini xüsusilə vacib hesab edirəm", - o qeyd edib.

Moratinos xatırladıb ki, iki il əvvəl Astanada Qazaxıstan prezidentinin iştirakı ilə irsin qorunması məsələlərinə və mövcud problemlərin həllinə dair yanaşmaların axtarışına həsr olunmuş xüsusi sessiya keçirilib.

O, BMT-nin bu istiqamətdə əməkdaşlığı davam etdirməyə hazır olduğunu vurğuıb, irsin qorunması və vətəndaş cəmiyyətinin dəstəklənməsi kontekstində hər iki ölkənin təşkilata etibar etməsinin xüsusi əhəmiyyətini qeyd edib.

"Biz müvafiq mexanizmlər hazırlayırıq və antisemitizmə qarşı mübarizə səylərinin əlaqələndirilməsi sisteminin yaradılması üzərində işləyirik", - alyansın nümayəndəsi əlavə edib.