Vladimir Zelenski azərbaycanlıya Ukrayna vətəndaşlığı verib - FOTO
Digər ölkələr
- 29 may, 2019
- 02:50
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Ukrayna prezidenti Vladimir Zelenski bu ölkədə yaşayan azərbaycanlıya ölkə vətəndaşlığı verib.
"Report"un Avropa bürosu xəbər verir ki, bununla bağlı dövlət başçısının rəsmi saytında yerləşdirilmiş fərmanda bildirilir.
Fərmana əsasən 1990-cı ildə Azərbaycanda anadan olmuş, hazırda Kiyev şəhərində yaşayan Səmədzadə Emin İzzət oğlu Ukrayna vətəndaşlığını qəbul edib.
"Report" qeyd edir ki, E. Səmədzadə Kiyev şəhərindəki A.A.Boqomolets adına Milli Tibb Universitetində təhsil alıb. O, “Ukraynada istedadlar var” adlı teleşouda vokal ifaçısı kimi çıxış edərək teleşounun yarımfinalçısı olub. E.Səmədzadə bundan əlavə, “Ukraynada Azərbaycan Gəncləri İttifaqı” təşkilatının fəal üzvüdür.
Son xəbərlər
07:48
Çində yeni qurbağa növü aşkarlanıb
Maraqlı
07:11
"İnter Mayami" MLS-də "Şarlott"la heç-heçə edib
Futbol
06:48
SEPAH ballistik raketlərin uçuş məsafəsinə qoyulan məhdudiyyəti ləğv edib
Region
06:26
Qızılın qiyməti oktyabrda son 18 ilin ən kəskin aylıq enişini yaşayıb
Maliyyə
05:56
Çilidə avtobusun yük maşını ilə toqquşuması 12 nəfərin ölümünə səbəbə olub
Digər ölkələr
05:15
Los-Ancelesdə avtomobil piyadaların üzərinə sürülüb, 8 nəfər yaralanıb
Digər ölkələr
04:44
Oman körfəzində yük gəmisi ilə hərbi qüvvələr arasında insident baş verib
Digər ölkələr
04:21
Yaponiyada güclü zəlzələ olub, 20-dən çox şəxs yaralanıb
Digər ölkələr
04:04
"Real Madrid" 2022-ci ildən bəri ilk dəfə qələbə seriyasını 8 oyuna çatdırıb
Futbol