Viktor Orban: Macarıstan Serbiyanın Aİ-yə inteqrasiyasına dəstək göstərəcək
Digər ölkələr
- 14 fevral, 2026
- 16:03
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Macarıstan Serbiyanın Avropa İttifaqına inteqrasiyası məsələsinə dəstək göstərəcək.
"Report"un Balkan bürosu xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban Serbiyanın Dövlətçilik Günü münasibətilə bu ölkənin Prezidenti Aleksandar Vuçiçə ünvanladığı təbrik məktubunda bildirib.
V. Orban qeyd edib ki, son onillikdə Serbiya və Macarıstan arasında münasibətlər tarixi zirvəyə çatıb və bu, hazırkı gərgin qlobal siyasi mühitdə xüsusi əhəmiyyət kəsb edir:
"İkitərəfli məsələlərlə yanaşı, gələcəkdə də beynəlxalq siyasi məkanda, xüsusilə Serbiyanın Avropa İttifaqına inteqrasiyası məsələsində hökumətimin sarsılmaz dəstəyinə arxalana bilərsiniz".
Son xəbərlər
23:52
Bessent: Avropa Rusiyaya Ukraynaya ayırdığından daha çox pul ödəyib
Digər ölkələr
23:38
Fransada etiraz aksiyaları zamanı təxminən 2 400 nəfər saxlanılıb - Yenilənib-2
Digər ölkələr
23:23
Almaniya siyasətçisi təsadüfən deputat mandatından imtina edib
Digər ölkələr
22:58
İran 2027-ci ildə yerli qırıcı təyyarəsini sınaqdan keçirmək niyyətindədir
Region
22:43
ABŞ Avropanı "Starlink"ə qarşı məhdudiyyətlərə görə sarsıdıcı cavabla hədələyib
Digər ölkələr
22:18
Səudiyyə Ərəbistanının cənubuna mərmi düşüb, xəsarət alanlar var
Digər ölkələr
21:54
Video
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Daxili siyasət
21:49
Marko Rubio Özbəkistana səfərə gedib
Region
21:40
Sorğu: Trampın reytinqi rekord həddə enib
Digər ölkələr