Ukrayna Milli Qvardiyasının əsgərləri arasında kütləvi zəhərlənmə olub
Digər ölkələr
- 02 may, 2019
- 20:29
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Ukraynanın Hərbi Prokurorluğu Lvovda yerləşən hərbi hissələrdən birində Milli Qvardiya əməkdaşlarının kütləvi zəhərlənməsi faktı üzrə cinayət işi qaldırıb.
Bu barədə "Report" "1+1" telekanalına istinadən xəbər verir.
Qeyd edilir ki, ilk zərərçəkənlər Pasxa bayramının qeyd edilməsindən dərhal sonra xəstəxanalara müraciət ediblər. Hazırda Milli Qvardiyanın 57 hərbi qulluqçusu xəstəxanaya yerləşdirilib.
Həkimlər zəhərlənmənin səbəbini hələ müəyyənləşdirə bilməyiblər. Ehtimal edilir ki, əməkdaşlar keyfiyyətsiz qida məhsullarından, o cümlədən qohumların qvardiya qulluqçularına Pasxanın bayram edilməsi ilə əlaqədar gətirdikləri yeməklərdən zəhərləniblər.
Son xəbərlər
06:48
SEPAH ballistik raketlərin uçuş məsafəsinə qoyulan məhdudiyyəti ləğv edib
Region
06:26
Qızılın qiyməti oktyabrda son 18 ilin ən kəskin aylıq enişini yaşayıb
Maliyyə
05:56
Çilidə avtobusun yük maşını ilə toqquşuması 12 nəfərin ölümünə səbəbə olub
Digər ölkələr
05:15
Los-Ancelesdə avtomobil piyadaların üzərinə sürülüb, 8 nəfər yaralanıb
Digər ölkələr
04:44
Oman körfəzində yük gəmisi ilə hərbi qüvvələr arasında insident baş verib
Digər ölkələr
04:21
Yaponiyada güclü zəlzələ olub, 20-dən çox şəxs yaralanıb
Digər ölkələr
04:04
"Real Madrid" 2022-ci ildən bəri ilk dəfə qələbə seriyasını 8 oyuna çatdırıb
Futbol
03:38
UFC-nin rəhbəri Ağ Evdə mətbuat katibi olmaq istəməyib
Digər ölkələr
03:08
Yüksək təzyiqə qarşı inqilabi kəşf
Sağlamlıq