Tramp İrlandiyada Avropa liderləri ilə görüşəcək
Digər ölkələr
- 12 sentyabr, 2026
- 07:42
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
ABŞ Prezidenti Donald Tramp həftəsonunu keçirəcəyi İrlandiyada bir neçə Avropa lideri ilə görüşmək niyyətində olduğunu bildirib.
"Report" xəbər verir ki, bu barədə Amerika lideri Vaşinqton yaxınlığındakı Endryus hərbi bazasında Avropaya uçuş ərəfəsində jurnalistlərə danışıb.
"Avropa liderləri və digərləri ilə görüşəcəyik. Ona görə də çox maraqlı olacaq. Biz fəal şəkildə ticarət aparırıq", - o, təfərrüatları açıqlamadan bildirib.
Ağ Ev daha əvvəl bildirib ki, Tramp 12 və 13 sentyabr tarixlərində İrlandiyada olacaq. Onun xüsusilə Baş nazir Mixol Martinlə görüşəcəyi və qolf turnirinə qatılacağı gözlənilir.
Трамп встретится с европейскими лидерами в Ирландии
Trump plans meetings with European leaders in Ireland
Son xəbərlər
16:56
Əlilliyi olan şəxslər, şəhid ailələrinin mənzil və reabilitasiya xidməti ilə təmini üçün vəsaitin ayrılma müddəti uzadılıb
Daxili siyasət
16:54
Premyer Liqa: VIII turun açılış matçında "Şamaxı" "Şəfa"ya qalib gəlib
Futbol
16:53
Azərbaycan İsveçrəyə qızıl tədarükündən qazancını 30 %-ə yaxın artırıb
Biznes
16:50
BTQ Yeni Kaledoniyanın təbii sərvətlərinin müstəmləkəçi istismarını pisləyib
Xarici siyasət
16:32
Azərbaycanda daha bir sığorta agentinin lisenziyası ləğv edilib
Maliyyə
16:30
CAR-da 200-ə yaxın insan zəncirdə saxlanıldıqları reabilitasiya mərkəzindən xilas ediliblər
Digər ölkələr
16:30
Azərbaycanın İsveçdəki səfiri etimadnaməsini Krala təqdim edib
Xarici siyasət
16:29
Foto
ƏSF ilə Özbəkistanın Əmanətlərə Zəmanət Agentliyi əməkdaşlığa dair memorandum imzalayıb
Maliyyə
16:26
Foto
Azərbaycan Regionlararası Yüksək Səviyyəli Turizm Forumunda təmsil olunub
Turizm