Tramp demokratların qanun layihələrini bloklamaq üçün veto hüququndan istifadə etmək niyyətindədir

Digər ölkələr
  • 04 noyabr, 2026
  • 10:34
Tramp demokratların qanun layihələrini bloklamaq üçün veto hüququndan istifadə etmək niyyətindədir

ABŞ Prezidenti Donald Tramp Konqresin hər iki palatasının demokratların nəzarətinə keçəcəyi təqdirdə onların qanun layihələrini bloklamaq üçün veto hüququndan istifadə etmək niyyətində olduğunu bildirib.

"Report" "Fox News"a istinadən xəbər verir ki, o, bunu telekanalın aparıcısı Bret Bayerə müsahibəsində deyib.

"Bu, prezidentin ən güclü səlahiyyətlərindən biridir. Onlar absurd qanun layihələri göndərəcəklər, mən isə onlara veto qoyacağam. Bir neçə aydan sonra onlar soruşacaqlar: bu qərarların qəbul edilməsinə necə nail olaq? Və biz birlikdə işləyəcəyik", - Tramp bildirib.

Prezident həmçinin artıq Demokratlar Partiyasının nümayəndələri, o cümlədən iki senator və Nümayəndələr Palatasının üç üzvü ilə danışıqlar apardığını bildirib. Onun sözlərinə görə, daha üç demokrat onunla əlaqə saxlamaq imkanını gözləyir.

Tramp demokratlar arasında çoxlu dostunun olduğunu və onların dialoqda maraqlı olduqlarını bildirib.

O həmçinin qeyd edib ki, Respublikaçılar Partiyasının aralıq seçkilərdəki uğursuzluğunun səbəbi İranla müharibə deyil, onun nəticəsində benzinin qiymətinin artması olub.

"Məsələnin müharibədə yox, benzinin qiymətlərində olduğunu düşünürəm. İnsanlar İranla bağlı atdığım addımlarla razılaşırlar, lakin ehtimal ki, onlar benzin üçün daha çox pul ödəmək zərurəti şəklindəki qısamüddətli nəticələrə hazır deyildilər. Və mən bunu başa düşürəm", - Tramp bildirib.

44 filmi