Tayani: İtaliya hökuməti Trampın Meloniyə qarşı hücumlarına reaksiya verməyəcək
- 06 iyul, 2026
- 15:50
Yeniliklərdən dərhal xəbərdar olun!
ABŞ Prezidenti Donald Trampın İtaliyanın Baş naziri Corcia Meloniyə qarşı son hücumlarına baxmayaraq, Roma Vaşinqtonla sabit münasibətləri qorumalıdır.
"Report" xəbər verir ki, bu barədə İtaliyanın xarici işlər naziri Antonio Tayani və müdafiə naziri Qvido Krozetto "SkyTG24" efirində bildiriblər.
Trampın Melonini ələ saldığı yeni paylaşımını şərh edən XİN rəhbəri bildirib ki, Roma vəziyyətə rəsmi reaksiya verməyəcək, ancaq ABŞ ilə münasibətləri qorumağa davam edəcək.
"Biz strateji tərəfdaşımız, Avropa ilə yanaşı, Qərbin ən vacib hissəsi olan ABŞ ilə dostuq. Münasibətlərimiz fundamental xarakter daşıyır: ticari, siyasi, strateji. Biz Obamanın, Klintonun, Buşun, Reyqanın, Baydenin müttəfiqləri olmuşuq, ona görə də ayrı-ayrı bəyanatlardan çox-çox kənara çıxan siyasi münasibətlərimizi davam etdiririk", – A.Tayani bildirib.
İtaliyanın müdafiə naziri də eyni fikirdədir. Q.Krozetto vurğulayıb ki, ikitərəfli münasibətlər bütövlükdə dövlətlər arasında mövcuddur, ölkə liderləri isə "gəlib-gedirlər".
ABŞ Prezidenti sosial şəbəkələrdə İtaliyanın Baş naziri Corcia Meloni ilə birlikdə əks olunduğu fotoşəkili "yaxınlaşma qadağası zəruridir" qeydi ilə paylaşıb.
Qeyd edək ki, Tramp Meloni ilə dostluq münasibətlərini bərpa etmək niyyətində olmadığını bildirib.