Starmer: Britaniya yollara və energetikaya investisiyaları azaltmaqla hərbi xərcləri artıracaq

Digər ölkələr
  • 30 iyun, 2026
  • 15:29
Starmer: Britaniya yollara və energetikaya investisiyaları azaltmaqla hərbi xərcləri artıracaq

Böyük Britaniya yol şəbəkəsinin inkişafına və energetika layihələrinə investisiyaları azaltmaq hesabına müdafiə xərclərini artırmağı planlaşdırır. Bununla belə, hökumət istiqraz buraxmağı nəzərdə tutmur.

"Report" Britaniya mediasına istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyanın Baş naziri Kir Starmer bildirib.

"Məsələn, yollar və energetika sahələrindəki vacib, lakin hazırda həyati əhəmiyyət daşımayan bəzi əsaslı layihələr artıq ilkin planlara uyğun olaraq həyata keçirilməyəcək", - Starmer deyib.

Bundan əlavə, yeni müdafiə investisiyaları planı çərçivəsində müdafiə xərcləri əlavə olaraq 15 milyard funt sterlinq (19,8 milyard dollar) artırılacaq, bu da silahlı qüvvələri dəstəkləmək və milli təhlükəsizliyi gücləndirmək məqsədilə növbəti dörd il ərzində ümumi maliyyələşdirmənin həcmini təxminən 300 milyard funt sterlinqə (təxminən 397 milyard dollara) çatdıracaq.