Slovakiyanın xarici işlər naziri: "NATO Ukraynanı qələbəyə qədər dəstəkləyəcək"
Digər ölkələr
- 15 may, 2022
- 03:03
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
NATO ölkələri Ukrayna ordusu qalib gələnə qədər bu ölkəyə dəstək verməyə hazırdır.
"Report" "The Guardian"a istinadən xəbər verir ki, bunu Slovakiyanın xarici işlər naziri İvan Korçok müttəfiq ölkələrin xarici işlər nazirlərinin görüşündən əvvəl deyib.
O, Rusiyanın bu müharibəni artıq siyasi baxımdan uduzduğunu vurğulayıb.
"Rusiya rəhbərliyi istədiyi nəticələrə nail ola bilmədi və öz ölkələrinin vəziyyətini xeyli pisləşdirdi", - Korçok əlavə edib.
Bundan əvvəl NATO baş katibi Yens Stoltenberq qeyd edib ki, alyans Rusiya ilə müharibədə Ukraynaya kütləvi dəstək verir, lakin münaqişə tərəfinə çevrilməyəcək.
Son xəbərlər
08:50
Masallı, Ağstafa və Samuxun bir sıra ərazilərində bu gün işıq olmayacaq
Energetika
08:45
ABŞ konqresmeni Rusiya dizelinin idxalına qadağanı xatırladıb
Digər ölkələr
08:29
"Həzi Aslanov"-"İçərişəhər" metro xəttində birbaşa hərəkət bərpa olunub
İnfrastruktur
08:18
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı yaranıb
İnfrastruktur
08:04
Yaponiya xarici agentlərin məcburi qeydiyyatını təqdim etməyi planlaşdırır
Digər ölkələr
07:38
ABŞ HDQ İran yaxınlığında döyüş qruplaşmalarını sayını artırıb
Digər ölkələr
07:13
Ərəb koalisiyası: Səudiyyə Ərəbistanında husilərin raketləri zərərsizləşdirilib
Digər ölkələr
06:34
Almaniya xüsusi təyinatlı qüvvələrini Rusiya ilə uzunmüddətli münaqişəyə hazırlayır
Digər ölkələr
06:06
Braziliyada Bolsonarunun partiyası prezident seçkilərinin nəticələrini tanıyıb
Digər ölkələr