Rusiyanın müvəqqəti işlər vəkili Hindistan XİN-ə çağırıb
Digər ölkələr
- 21 iyul, 2026
- 11:10
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Hindistan Ukrayna sahillərində "MV Golden Leo" ticarət gəmisinə hücum nəticəsində 4 hindistanlı dənizçinin həlak olması ilə əlaqədar Rusiyanın Yeni Delhidəki müvəqqəti işlər vəkili Vladimir Ladanovu çağırıb.
"Report" yerli mediaya istinadən xəbər verir ki, bu barədə Hindistanın Xarici İşlər Nazirliyindən bildirilib.
Qvineya-Bisau bayrağı altında üzən mülki gəmiyə Rusiyanın hücumu ilə əlaqədar diplomata qəti etiraz bildirilib.
Qurumdan vurğulanıb ki, Yeni Delhi insidentlə bağlı dərin narahatlıq ifadə edir.
Hindistan tərəfinin məlumatına görə, gəmidəki 17 heyət üzvündən 5-i Hindistan vətəndaşı olub. Bu, Rusiya-Ukrayna münaqişəsi zamanı hindistanlı dənizçilərin həlak olduğu ilk haldır.
Son xəbərlər
13:13
Milli Paralimpiya Komitəsinin 30 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
Fərdi
12:57
İran parlamenti müdafiə naziri vəzifəsinə namizədin məsələsinə baxacaq
Region
12:55
Foto
Azərbaycan ADB və IMF ilə əməkdaşlığı müzakirə edib
Maliyyə
12:54
Foto
Fuad Muradov Yunanıstandakı azərbaycanlılarla diaspor fəaliyyətinin yol xəritəsini müzakirə edib
Diaspor
12:52
Azərbaycanı İƏT XİN Şurasının iclasında Yalçın Rəfiyev təmsil edir
Xarici siyasət
12:23
Bazar günü Bakıda 28, rayonlarda 31 dərəcə isti olacaq
Ekologiya
12:22
Vüqar Bayramov: "Füzulinin iqtisadiyyatı 4 dəfə böyüyüb"
Sənaye
12:08
Zabrat–Maştağa avtomobil yolununun bir hissəsi bağlanıb
İnfrastruktur
12:05
Foto
Azərbaycanın AirBadminton komandası Avropa çempionatında bürünc medal qazanıb
Fərdi