Qazaxıstanda iki sərnişin avtobusu toqquşub, ölən və yaralananlar var

Digər ölkələr
  • 16 noyabr, 2018
  • 16:45
Qazaxıstanda iki sərnişin avtobusu toqquşub, ölən və yaralananlar var

Bakı. 16 noyabr. REPORT.AZ/ Qazaxıstanın Qızıl Orda vilayətində iki sərnişin avtobusunun toqquşması nəticəsində 2 nəfər ölüb, 14 nəfər xəsarət alıb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Qazaxıstanın Daxili İşlər Nazirliyinin Fövqəladə Hallar Komitəsinin sözçüsü Nursultan Nurəhmədov məlumat verib. 

Onun sözlərinə görə, Qarmakşı rayonu ərazisində birində 37, digərində 32 nəfər olan iki avtobus toqquşub. Xəstəxanaya yerləşdirilən yaralılardan 2-sinin uşaq olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır. 

44 - Tezliklə