Qazaxıstan Konstitusiya Məhkəməsi Tokayevin yenidən prezident seçilməsi məsələsinə aydınlıq gətirib

Digər ölkələr
  • 07 iyul, 2026
  • 14:26
Qazaxıstan Konstitusiya Məhkəməsi Tokayevin yenidən prezident seçilməsi məsələsinə aydınlıq gətirib

Qazaxıstanın yeni Konstitusiyası qüvvəyə mindikdən sonra 1995-ci ildə qəbul edilmiş Əsas Qanunun qüvvədə olduğu dövrdə müəyyən dövlət vəzifələrini tutmuş şəxslər müvafiq vəzifələrə yenidən seçilə və ya təyin oluna bilərlər.

"Report" xəbər verir ki, bu barədə Qazaxıstan Konstitusiya Məhkəməsinin yaydığı bəyanatında qeyd olunub.

Bu qərar Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin yenidən prezidentliyə namizədliyini irəli sürməsi üçün imkan yarada bilər.

Bildirilib ki, qərar Qazaxıstan Prezidentinin ölkə konstitusiyasının bir sıra müddəalarının rəsmi təfsiri ilə bağlı müraciəti əsasında qəbul edilib.

Bununla belə, 1995-ci il konstitusiyasının qüvvədə olduğu dövrdə vəzifədə olma müddətləri, seçilmə və ya təyinedilmə faktları yeni məhdudiyyətlərin tətbiqi zamanı nəzərə alınmır.

Beləliklə, yeni konstitusiya qüvvəyə minənədək müvafiq vəzifədə olmaq gələcəkdə həmin vəzifəyə seçilməyə və ya təyin olunmağa maneə yaratmır.

Qeyd edək ki, Qazaxıstanın yeni Konstitusiyası 2026-cı il iyulun 1-də qüvvəyə minib. Yeni Konstitusiya Qazaxıstan Prezidentinin daha yeddiillik müddətə seçilməsini nəzərdə tutur.

Tokayev 2019-cu il iyunun 9-da növbədənkənar prezident seçkilərində 70,96 % səs toplayaraq qalib gəlib və ölkə prezidenti seçilib. O, 2022-ci ilin noyabrında növbədənkənar prezident seçkilərində 81,31 % səs toplayaraq qalib gəlib. Tokayevin Qazaxıstan Prezidenti postunda hazırkı səlahiyyət müddəti 2029-cu ilin noyabrında başa çatır.

44 filmi