Pakistanın qərbində 5,6 maqnitudalı zəlzələ olub

Digər ölkələr
  • 17 oktyabr, 2026
  • 10:53
Pakistanın qərbində 5,6 maqnitudalı zəlzələ olub

Bu gün səhər saatlarında Pakistanın Bəlucistan əyalətində 5,6 maqnitudalı zəlzələ qeydə alınıb.

"Report" xəbər verir ki, bu barədə "İnterfaks" Almaniya Geoelmlər Araşdırma Mərkəzinə (GFZ) istinadən məlumat yayıb.

"Zəlzələnin ocağı Xuzdar dairəsində təxminən 10 km dərinlikdə yerləşib", - mərkəzdən bildirilib.

Bölgədə 14,9 milyondan çox insan yaşayır. Dağıntılar barədə məlumat daxil olmayıb.

44 - Tezliklə