Pakistanda mikroavtobus treyler ilə toqquşub, 7 nəfər ölüb

Digər ölkələr
  • 27 noyabr, 2017
  • 14:02
Pakistanda mikroavtobus treyler ilə toqquşub, 7 nəfər ölüb

Bakı. 27 noyabr. REPORT.AZ/ Pakistanın Sind əyalətində ölümlə nəticələnən yol qəzası baş verib.

"Report" "Sinhua" agentliyinə istinadən xəbər verir ki, sərnişin mikroavtobusu ilə treylerin üz-üzə toqquşması və mikroavtobusun tərs çevrilməsi nəticəsində 7 nəfər ölüb, 5 nəfər yaralanıb.

Polis qəzanın sürət həddinin aşılmasına görə baş verdiyini qeyd edib.

Yaralılar yaxınlıqdakı xəstəxanaya çatdırılıblar, onlardan bəzilərinin vəziyyəti ağırdır.

44 - Tezliklə