Pakistan əsilli müsəlman Britaniyanın yeni daxili işlər naziri təyin olunub

Digər ölkələr
  • 30 aprel, 2018
  • 09:33
Pakistan əsilli müsəlman Britaniyanın yeni daxili işlər naziri təyin olunub
Sacid Cavid
STEFAN WERMUTH/REUTERS

Bakı. 30 aprel. REPORT.AZ/ Pakistan əsilli müsəlman Sacid Cavid Böyük Britaniyanın yeni daxili işlər naziri təyin olunub.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə hökumətin mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, Mühafizəkarlar Partiyasının üzvü olan Sacid Cavid 1969-cu il dekabrın 5-də Böyük Britaniyanın Roçdeyil bölgəsində doğulub. Krallığın keçmiş baş naziri Devid Kemeronun başçılıq etdiyi 1-ci və 2-ci hökumətlərin üzvü olub. 2016-cı il iyunun 14-də Tereza Mey hökumətində icma və yerli özünüidarəetmə üzrə nazir olub.

Xatırladaq ki, aprelin 29-da Böyük Britaniyanın daxili işlər naziri Ember Raddın istefa verib.

44 filmi