Özbəkistan Mərkəzi Asiya və Qafqaz investisiya şuralarının Regional Alyansını yaradacaq

Digər ölkələr
  • 17 iyun, 2026
  • 10:55
Özbəkistan Mərkəzi Asiya və Qafqaz investisiya şuralarının Regional Alyansını yaradacaq

Özbəkistanda Asiya İnkişaf Bankının (ADB) və Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) təşəbbüsü ilə Mərkəzi Asiya və Qafqaz investisiya şuralarının Regional Alyansı yaradılacaq.

"Report"un Daşkəndə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Daşkənd İnvestisiya Forumunun açılış mərasimində bəyan edib.

"Biz ADB və EBRD-nin Mərkəzi Asiya və Qafqaz İnvestisiya Şuralarının Regional Alyansının yaradılması təşəbbüsünü vaxtında qəbul edilmiş qərar hesab edirik", - o deyib.

Ş.Mirziyoyev bildirib ki, bu təşəbbüs ümumi investisiya məkanının formalaşdırılması yolunda ilk addım olacaq.

O, həmçinin qeyd edib ki, Özbəkistanda investorlarla institusional dialoqun inkişafı davam edəcək:

"Sabah biz Prezident yanında Xarici İnvestorlar Şurasının plenar iclasını keçirəcəyik. Bir masa arxasında əyləşərək, yaranan istənilən problemin effektiv həllini tapacaq və konkret vəzifələri müəyyənləşdirəcəyik".

44 filmi