Nyu-Yorkda naməlum şəxs "Federal Plaza"nın qarşısında yanğın törədib
Digər ölkələr
- 20 iyul, 2026
- 19:50
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Nyu-Yorkda (ABŞ) "Federal Plaza" binasının qarşısında bir kişi naməlum maye töküb, fişənglər atıb və yanğın törədib.
"Report" "Fox13" telekanalına istinadən xəbər verir ki, faktla bağlı Nyu-York polisi araşdırma aparır.
Qeyd olunub ki, binada federal immiqrasiya məhkəməsi, ABŞ Miqrasiya və Gömrük Mühafizəsi Xidmətinin (ICE) ofisləri və miqrantların müvəqqəti saxlama mərkəzi yerləşir.
Telekanalın məlumatına görə, insident nəticəsində iki nəfər yüngül xəsarət alıb.
Hakimiyyət orqanları baş verənləri "hökumətə qarşı hücum" kimi araşdırır. FTB rəhbəri Keş Patelin məlumatına görə, şübhəli şəxs saxlanılıb, ondan pnevmatik tapança götürülüb.
Son xəbərlər
23:10
Fransada etiraz aksiyalarında 422 nəfər saxlanılıb - Yenilənib
Digər ölkələr
22:43
Nigeriyada iki nəfərin ebola virusuna yoluxduğu ehtimal olunur
Digər ölkələr
22:39
Foto
Azərbaycanın daha iki cüdoçusu Avropa çempionu olub
Fərdi
22:26
Foto
Video
Sumqayıtda beş avtomobilin iştirakı ilə zəncirvari qəza olub
Hadisə
22:14
Foto
Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində "Zikra: xatirələr gecəsi" tamaşası nümayiş olunub
Mədəniyyət siyasəti
22:09
İstanbul Fond Birjasının rəhbəri saxlanılıb
Region
22:02
Vuçiçin Serbiya Tərəqqi Partiyasının sədrliyinə namizədliyi təklif edilib
Digər ölkələr
21:45
"TikTok" montajından siyasi mesaj düzəldənlər: Türkiyə mediasına məsuliyyət çağırışı
Region
21:40
SEPAH: Hörmüz boğazında neft tankeri minaya düşüb
Region