Niderlandda göyərtəsində 3 min avtomobil olan gəmi yanıb, ölən və yaralananlar var
Digər ölkələr
- 26 iyul, 2023
- 06:33
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Niderlandda göyərtəsində 3 min yeni avtomobilin olduğu gəmi yanıb, bir nəfər həlak olub.
“Report” xəbər verir ki, bu barədə “Nu.nl” nəşri yazıb.
İnsident Ameland adası yaxınlığında Fremantle Highway gəmisində yaşanıb. Gəminin göyərtəsində 23 nəfər olub. Yanğın nəticəsində ekipajın bir neçə üzvü xəsarət alıb. Ekipaj üzvləri yanğını söndürməyə cəhd göstərsələr də, sonda onların təxliyəsi barədə qərar qəbul edilib. 16 nəfər xəstəxanaya çatdırılıb.
Yük gəmisi Almaniyadan Misirə avtomobillər, o cümlədən, 25 elektromobil daşıyırmış. İlkin məlumata görə, yanğın məhz həmin avtomobillərdən birində baş verib.
Hazırda xilasedicilər gəminin batmasının qarşısını almağa çalışırlar.
Son xəbərlər
05:14
Rusiyanın cənubunda "Ozon" logistika mərkəzində dron hücumundan sonra yanğın olub
Region
04:47
Ağdaş və Göyçayın bir sıra ərazilərində bu gün işıq olmayacaq
Energetika
04:28
Tramp: ABŞ-nin yaxın vaxtlarda İrana zərbə endirmək planı yoxdur
Digər ölkələr
03:54
"Qalatasaray" "Ştutqart"la matçda fərqlənən Batrakovla müqaviləyə yenidən baxacaq
Futbol
03:18
NYT: ABŞ və Venesuela hərbi sazişlə bağlı danışıqlar aparır
Digər ölkələr
02:44
Yasamal, Nizami, Binəqədi və Abşeronun bir sıra ərazilərində işıq olmayacaq
Energetika
02:13
NYT: İsrail ABŞ-ni İranın potensial kimyəvi silah istifadəsi ilə bağlı xəbərdar edib
Digər ölkələr
01:55
Çempionlar Liqası: "Qalatasaray", "Barselona" və PSJ qalib gəlib
Futbol
01:49
Belqraddan Moskvaya uçan təyyarə təhlükəsizlik səbəbindən geri qaytarılıb
Digər ölkələr