Niderlandın Baş naziri Haaqadakı iğtişaşçıları polisə qarşı zorakılıqda ittiham edib

Digər ölkələr
  • 19 sentyabr, 2026
  • 22:28
Niderlandın Baş naziri Haaqadakı iğtişaşçıları polisə qarşı zorakılıqda ittiham edib

Niderlandın Baş naziri Rob Yetten Haaqanın mərkəzindəki Maliveld meydanında iğtişaşçıları polislə qarşıdurmaya cəhddə və hüquq-mühafizə orqanlarının əməkdaşlarına qarşı zorakılıq tətbiq etməkdə günahlandırıb.

"Report" xəbər verir ki, bu barədə hökumət başçısı "X" sosial şəbəkəsində yazıb.

"Bu gün Malivelddə iğtişaş iştirakçıları bilərəkdən polislə qarşıdurmaya can atırdılar. Hüquq-mühafizə orqanlarının əməkdaşlarına qarşı zorakılıq tətbiq edilib, iyrənc ifrat sağçı və antisemit şüarlar səsləndirilib, nasist salamları nümayiş etdirilib", - Yetten yazıb.

Baş nazir iğtişaşlar zamanı atdıqları addımlara görə polisə və bələdiyyə orqanlarına minnətdarlığını bildirib.

"Biz hüquqi dövlətimizin müdafiəsində qətiyyətlə dayanırıq və nümayiş keçirmək hüququndan sui-istifadə olunmasına imkan verməyəcəyik", - Yetten vurğulayıb.

44 filmi