Misirdə xəstəxanada yanğın olub, ölən və yaralananlar var
Digər ölkələr
- 01 fevral, 2023
- 21:10
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Misirin paytaxtı Qahirənin əl-Matariya rayonunda yerləşən xəstəxanada baş verən yanğın zamanı 3 nəfər ölüb, 30-dan çox insan yaralanıb.
“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Misirin Səhiyyə Nazirliyinin sözçüsü Husam Abdel Kaffar bildirib.
Onun sözlərinə görə, 32 nəfər yanıq, sınıq xəsarətləri və tüstüdən zəhərlənmə diaqnozları ilə xəstəxanalara yerləşdirilib.
Yaralıların daşınmasına 10-dan çox təcili tibbi yardım maşını cəlb olunub.
Qahirə Prokurorluğu hadisə ilə bağlı təhqiqata başlayıb, məhkəmə-tibb ekspertləri yanğının səbəbini araşdırır. Xəstəxana daxilində təhlükəsizlik sistemləri sınaqdan keçirilir.
Son xəbərlər
01:05
ABŞ İrana bağlı fiziki və hüquqi şəxslərə qarşı yeni sanksiyalar tətbiq edib
Digər ölkələr
00:53
"Benfika" FIBA Avropa Kubokunda "LANDAU Lions"a qalib gəlib
Komanda
00:50
UEFA Çempionlar Liqası: "Vikinq" - "Sabah" oyununda ilk hissə yekunlaşıb - Yenilənir-3
Futbol
00:35
Zelenski Trampın xüsusi nümayəndələri ilə Əbu-Dabidəki danışıqlara hazırlığı müzakirə edib
Digər ölkələr
00:09
Tramp Pentaqon rəhbərini vəzifəsindən azad etməyi planlaşdırmır
Digər ölkələr
23:52
Ukrayna Brüsseldə tərəfdaşları ilə müharibədən sonrakı bərpa planını müzakirə edib
Digər ölkələr
23:31
Naxçıvanda ilk dəfə torakoskopik üsulla ağciyər rezeksiyası əməliyyatı həyata keçirilib
Sağlamlıq
23:20
Tramp respublikaçıların seçkilərdə məğlubiyyətində İranla müharibənin rolunu etiraf edib
Digər ölkələr
23:10
Ukrayna Aİ-yə üzvlüklə bağlı danışıqlar klasterlərinin açılması üçün şərtləri yerinə yetirib
Digər ölkələr