Meksikada narkokartellə polis arasında atışmada 21 nəfər ölüb
Digər ölkələr
- 02 dekabr, 2019
- 00:10
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Meksikanın Koauila ştatında “Şimal-şərq karteli” cinayətkarlar dəstəsinin üzvləri ilə bələdiyyə polisi arasında baş verən silahlı insidentdə 21 nəfər həlak olub.
“Report” “TASS”a istinadən xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Qeyd edilib ki, atışma Vil-Yunion bələdiyyəsinin ərazində qeydə alınıb. Belə ki, silahlı şəxslər yaşayış məntəqəsinə daxil olaraq meriyanın binasına hücum etmək istəyiblər.
Nəticədə narkokartelin 10 silahlısı öldürülüb. Daha sonra hadisə yerindən qaçan 7 cinayətkar zərərsizləşdirilib.
Atışmada dörd polis ölüb, hüquq mühafizə orqanlarının 6 əməkdaşı güllə yarası alıb.
Polisə hücumda iştirak edən narkokartel üzvlərinin dəqiq sayı hələ məlum deyil.
Son xəbərlər
04:49
"Tasnim": İran Ordusu Qeşm adası üzərində Amerikanın PUA-sını vurub
Region
04:35
NYT: Ağ Evin yeni Aparat rəhbəri Trampı İranla müharibəyə son qoymağa çağırıb
Digər ölkələr
04:11
Ağ Evin yaxınlığında Trampı öldürməklə hədələyən kişi saxlanılıb
Digər ölkələr
03:47
Pedro Alyana Paraqvayın Prezidenti olub
Digər ölkələr
03:25
Paraqvay Prezidenti impiçment nəticəsində vəzifəsindən uzaqlaşdırılıb
Digər ölkələr
03:04
İranın Qeşm adası yaxınlığında partlayış səsləri eşidilib
Region
02:46
ABŞ-İran münaqişəsinin başlanğıcından bəri Hörmüz boğazında azı 25 dənizçi həlak olub
Digər ölkələr
02:14
Tramp ABŞ-İran danışıqlarının davam etdiyini bildirib
Digər ölkələr
01:49
Türkiyədə qanunsuz mərc oyunlarına qarşı əməliyyat zamanı 90 nəfər həbs olunub
Region