Meksikada həbsxanada baş vermiş qiyam zamanı ölənlərin sayı 16-a çatıb
Digər ölkələr
- 11 oktyabr, 2017
- 19:04
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 11 oktyabr. REPORT.AZ/ Meksikanın Kadereyta şəhər həbsxanasında baş vermiş qiyam nəticəsində ölənlərin sayı 16-a çatıb.
"Report" RİA "Novosti"-yə istinadən xəbər verir ki, bu barədə Nuevo-Leon ştatının baş prokuroru Bernardo Qonsales bildirib.
Qiyama səbəb həbsxanadakı cinayət qruplaşmalarının üzvləri arasında baş vermiş münaqişə olub. Qruplaşma üzvləri həmçinin həbsxana rəhbərliyinin dəyişdirilməsini də tələb ediblər.
Onların qənaətincə, müəssisə rəhbərliyi “Los-Setas” narkokartel ilə əlaqədə olub.
Hələlik ölənlərin 13-nün kimliyi müəyyən edilib. İğtişaşların daha 3 qurbanı barədə müvafiq işlər aparılır.
Qeyd edək ki, daha əvvəl qiyam zamanı 13 nəfərin öldüyü bildirilirdi.
Son xəbərlər
10:23
Ağır cinayətlərə görə axtarışda olan şəxs Gürcüstandan Türkiyəyə deportasiya edilib
Region
10:23
DSMF: 10 ayda sosial sığorta haqları üzrə daxilolmalar 5,8 % artıb
Maliyyə
10:17
Mingəçevirdə yük avtomobili bataqlıqda batıb, iki nəfər xilas edilib
Hadisə
10:15
Foto
DTX-nin Akademiyasında Zəfər Gününə həsr olunan elmi-praktiki konfrans keçirilib
Hadisə
10:04
Bakıda oktyabrda avtobusla 54 milyona yaxın sərnişin daşınıb
İnfrastruktur
10:01
Foto
Bakıda Azərbaycan və İtaliya hərbi ekspertlərinin iştirakı ilə təlim keçirilib
Hərbi
10:00
Foto
Gəncədə Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumu keçirilir
Daxili siyasət
09:57
Foto
Macarıstan "ASAN xidmət"in könüllülük konsepsiyasını öyrənmək istəyir
Xarici siyasət
09:50
Azərbaycan neftinin qiyməti 107 dollara yaxınlaşır
Energetika