Malidə qızıl mədəninin çökməsi nəticəsində azı 48 nəfər ölüb
Digər ölkələr
- 16 fevral, 2025
- 04:12
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Malinin qərbində qanunsuz istismar edilən qızıl mədənində baş vermiş çökmə nəticəsində azı 48 nəfər ölüb.
“Report” “Xinhua”ya istinadən xəbər verir ki, hadisə Kaes regionunun Keniba rayonunda baş verib.
Məlumata görə, qızıl axtaran bir qrup qadının işlədiyi kustar mədənin üzərinə ekskavator düşüb. Anonim şərtlərlə agentliklə danışan mənbənin məlumatına görə, azı 48 nəfər hadisə yerində ölüb, daha 10 nəfər ağır xəsarətlərlə yerli xəstəxanaya çatdırılıb.
“Bəzi mənbələr təxminən 50 nəfərin öldüyünü bildirilsə də, hazırda dəqiq rəqəmi təsdiqləmək çətindir, çünki bəzi xəsarətlərin ağırlığı səbəbindən say istənilən an arta bilər”, – rəsmi şəxs “Xinhua”ya söyləyib.
Hadisə yerində xilasetmə əməliyyatı davam edir.
Son xəbərlər
22:05
Foto
"Turan" komandası CEV Çempionlar Liqasında növbəti qələbəsini qazanıb
Komanda
21:53
Milyarder Todd Boelinin konsorsiumu "Lukoyl"un xarici səhmlərini almağa hazırlaşır
Digər ölkələr
21:35
İrakli Kobaxidze: Avropa bürokratiyası suverenlik, demokratiya və qanunun aliliyinə qarşı çıxır
Region
21:29
Fabio Kannavaro Özbəkistan millisinin baş məşqçisi vəzifəsindən ayrıla bilər
Futbol
21:24
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik sazişini təsdiqləyib
Digər ölkələr
21:09
Bakıda fərdi yaşayış evlərinin orta aylıq qiyməti 13 %-dən çox bahalaşıb
İnfrastruktur
21:05
Edvards Smiltens ikinci dəfə Latviya Seyminin spikeri seçilib
Digər ölkələr
21:03
AQC: Bakının rayonları üzrə mənzil qiymətlərində ciddi fərqlər mövcuddur
İnfrastruktur
21:01
Sabah Şərurun 18 kəndində işıq kəsiləcək
Energetika