Maas: NATO ölkələrinin XİN rəhbərləri Vaşinqtonda Türkiyənin Rusiyadan S-400 almasını müzakirə edəcəklər
- 02 aprel, 2019
- 20:50
Yeniliklərdən dərhal xəbərdar olun!
Aprelin 3-4-də Vaşinqtonda baş tutacaq NATO ölkələri XİN rəhbərlərinin görüşündə Türkiyənin Rusiyadan S-400 zenit raket sistemlərinin alınması ilə bağlı müzakirələr aparılacaq.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə çərşənbə axşamı Almaniyanın xarici işlər naziri Hayko Maas mətbuat konfransında deyib.
"Vaşinqtonda keçiriləcək görüşdə bu mövzunu müzakirə edəcəyik", - deyə nazir sualları cavablandırarkən bildirib.
Qeyd edilir ki, Rusiya prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla danışıqların yekunları üzrə mətbuat konfransında ölkəsinin Türkiyəyə S-400-ün satılmasını qərara aldığını bildirib. Ərdoğan da öz növbəsində martın 9-da Ankarada çıxışı zamanı bəyan edib ki, Türkiyə Rusiyadan S-400 raket kompleksini almaqda israrlıdır.