Lekornyu Fransada gözlənilən etiraz aksiyaları səbəbindən iclas çağırıb

Digər ölkələr
  • 16 oktyabr, 2026
  • 17:22
Lekornyu Fransada gözlənilən etiraz aksiyaları səbəbindən iclas çağırıb

Fransanın Baş naziri Sebastyan Lekornyu oktyabrın 17-nə planlaşdırılan kütləvi sosial etirazlara hazırlıq çərçivəsində qurumlararası böhran qrupunun iclasını çağırır.

"Report" xəbər verir ki, bu barədə BFMTV telekanalı məlumat yayıb.

Bildirilib ki, böhran qrupu ölkənin daxili işlər naziri Loran Nunyesin xahişi ilə toplanacaq.

Ölkə hakimiyyəti bütün ölkə ərazisində 250-yə yaxın nümayiş və 80 yürüş gözləyir.

44 - Tezliklə