"Le Parisien": Parisdə Janna Darkın qılıncını oğurlayan kişi saxlanılıb
Digər ölkələr
- 02 yanvar, 2026
- 22:34
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Fransanın milli qəhrəmanı Janna Darkın Parisin VIII dairəsindəki heykəlinin qılıncını oğurlayan kişi polis tərəfindən saxlanılıb.
"Report" xəbər verir ki, bu barədə "Le Parisien" qəzeti məlumat yayıb.
Hadisə yanvarın 2-də səhər saatlarında baş verib.
Məlumata görə, kişi Sen-Oqyüsten meydanındakı heykələ dırmaşıb və at üstündə oturan döyüşçünün əlindəki qılıncı qoparıb. O, qılıncla qonşu küçəyə qaçıb, orada polis tərəfindən saxlanılıb.
Oğrunun bunu hansı niyyətlə etdiyi hələ bildirilmir. Polis onun psixi pozğunluqlarının olub-olmadığını müəyyən etmək üçün davranış ekspertizası keçirməyi planlaşdırır.
Son xəbərlər
11:37
Hadrutda ümumrespublika energetiklər yarışının finalı keçirilir
Energetika
11:37
Parlament Qubanın iki bələdiyyəsinin və onların əhatə etdiyi yaşayış məntəqələrinin adlarının dəyişdirilməsini qəbul edib
Milli Məclis
11:34
Əli Hüseynli: Dövlət qulluqçuları üçün təkrar sertifikat tələbi ləğv edilir
Milli Məclis
11:33
Bərabərhüquqluluq, suverenliyə hörmət Azərbaycanın beynəlxalq münasibətlərdə yanaşmasının təməlini təşkil edir - rəy
Xarici siyasət
11:31
Azərbaycanda neft məhsulları istehsalının ümumi dəyəri açıqlanıb
Energetika
11:27
Maliyyə Nazirliyi: Neftin qiymətindəki dəyişikliklər ARDNF-in aktivlərinə 1,8 milyard dollara qədər təsir edə bilər
Maliyyə
11:23
Mirzoyan: Ermənistan və Türkiyə hər an sərhədin açılması barədə qərar qəbul edə bilər
Region
11:23
Emin Əmrullayev: Azərbaycan və Özbəkistanın təhsil sahəsində çox yaxşı təcrübə mübadiləsi var
Elm və təhsil
11:23
Dələduzluqda ittiham olunan şəxs Rusiyadan Azərbaycana ekstradisiya edilib
Hadisə