Koşta: Fars körfəzi ölkələri üçün etibarlı tərəfdaşıq və sülhə töhfə verməyə hazırıq

Digər ölkələr
  • 14 aprel, 2026
  • 11:21
Koşta: Fars körfəzi ölkələri üçün etibarlı tərəfdaşıq və sülhə töhfə verməyə hazırıq

Avropa İttifaqı (Aİ) Şurasının sədri Antonio Koşta Fars körfəzi ölkələrinə iki həftəlik turnesi çərçivəsində Əbu-Dabiyə (BƏƏ) gəlib.

"Report" xəbər verir ki, bu barədə o, "X" hesabında yazıb.

"Fars körfəzi ölkələrindəki tərəfdaşlarımız üçün üç mesajla gəlirəm: İranın əsassız və qanunsuz hücumları qarşısında tam həmrəyik; Fars körfəzi ölkələri üçün etibarlı tərəfdaşıq və öz töhfəmizi verməyə hazırıq; Birgə səylərlə danışıqlar və diplomatiya yolu ilə Yaxın Şərqdə davamlı sülh üçün hərtərəfli strategiyanı dəstəkləyə bilərik", - o yazıb.

44 filmi