İtaliyada tələbə nümayişləri keçirilib
- 16 oktyabr, 2026
- 18:30
Yeniliklərdən dərhal xəbərdar olun!
İtaliyanın bir neçə şəhərində tələbə nümayişləri keçirilib, iştirakçılar təhsilin maliyyələşdirilməsini artırmağı və silahlanma xərclərini azaltmağı tələb ediblər.
"Report" İtaliya mediasına istinadən xəbər verir ki, etirazlar Turində bir neçə gün davam edən məktəblərin zəbt olunması və toqquşmalardan sonra baş verib.
Həmin hadisələr zamanı maskalı gənclər məktəb binalarına ziyan vurub, pəncərələri sındırıb və yanğınsöndürən balonlardan istifadə ediblər.
Şəhərdə baş verən insidentlər zamanı müəllim, məktəb əməkdaşı və karabiner zabiti yaralanıb.
Turindəki aksiyalar zamanı etirazçılar polisə daş və yumurta, Romada isə təhlükəsizlik xidməti əməkdaşlarına fişəng və digər əşyalar atıblar.
Nümayişlər həmçinin Genuya, Venesiya, Paduya və Trevizoda da keçirilib. Kalyaridə təşkil olunan aksiyanı isə "Meloniyə qarşı gün" adlandırıblar.