İsveç Ukraynaya iki sahil mühafizə gəmisi və 40 min əleyhqaz verəcək
Digər ölkələr
- 05 noyabr, 2024
- 18:06
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
İsveç Ukraynaya iki sahil mühafizə gəmisi və 40 min əleyhqaz verəcək.
“Report” xəbər verir ki, bu barədə Kiyevdə səfərdə olan İsveçin mülki müdafiə naziri Karl-Oskar Bolin “X” sosial şəbəkəsində yazıb.
“Bu gün mən 100 milyon İsveç kronu (təxminən 8,5 milyon avro - red.) dəyərində olan 40 min əleyhqazdan ibarət yeni mülki yardım paketini, həmçinin iki böyük sahil mühafizə gəmisi və əlavə avadanlıqdan ibarət dəniz paketini təqdim etdim”, - Bolin bildirib.
İsveçli nazir, həmçinin onu da qeyd edib ki, Ukrayna daxili işlər naziri İqor Klimenko ilə görüşdə İsveç və Ukrayna arasında mülki müdafiənin bir sıra sahələrində əməkdaşlığın dərinləşdirilməsinə dair proqram sənədi imzalanıb.
Son xəbərlər
20:09
Foto
Bakıda yanğınsöndürmə-xilasetmə idmanı üzrə dünya çempionatının rəsmi açılışı olub
Xarici siyasət
20:00
Nazir: Azərbaycan qlobal idman yarışlarına ev sahibliyi etməklə dünyada idman mərkəzi kimi tanınır
Xarici siyasət
19:58
Kəmaləddin Heydərov: Yanğın və xilasetmə idmanı kimi yarışlar ölkələr arasında əməkdaşlığı möhkəmləndirir
Xarici siyasət
19:55
Foto
Şəhid İsmayıl Kərimliyə həsr olunmuş "İsmayıl məqamı" filminin təqdimatı keçirilib
Mədəniyyət siyasəti
19:49
Ziyafət Əsgərov: Azərbaycan və Əlcəzair beynəlxalq arenada uğurla əməkdaşlıq edir
Xarici siyasət
19:40
Səfir: Azərbaycan və Əlcəzair enerji əməkdaşlığını genişləndirmək potensialına malikdir
Xarici siyasət
19:38
"Şamaxı"nın futbolçusu Abdul Raşid Mumini Benin milli komandasına dəvət alıb
Futbol
19:34
"Arsenal"ın sabiq qapıçısı David Ospina karyerasını başa vurub
Futbol
19:21
Kallas: Aİ Ukrayna ilə bağlı danışıqlarda Rusiyaya irəli sürülən tələblərin nəzərə alınacağına ümid edir
Digər ölkələr