İspaniyanın nəqliyyat naziri: Dəmiryol qəzasından əvvəl siqnalizasiya sistemində nasazlıq olub

Digər ölkələr
  • 28 oktyabr, 2026
  • 18:35
İspaniyanın nəqliyyat naziri: Dəmiryol qəzasından əvvəl siqnalizasiya sistemində nasazlıq olub

İspaniyada qatarların toqquşmasından əvvəl siqnalizasiya sistemində nasazlıq yaranıb və dispetçer mərkəzi hərəkəti bərpa etmək barədə qərar qəbul edib.

"Report" "The Guardian"a istinadən xəbər verir ki, bunu İspaniyanın nəqliyyat naziri Oskar Puente bildirib.

Onun sözlərinə görə, yerli vaxtla saat 08:30 radələrində rabitə problemləri səbəbindən qatarların hərəkətini idarəetmə sistemində nasazlıq yaranıb, nəticədə yolun uzunluğu 60 km-dən bir qədər çox olan hissəsində sistem nəzarəti olmayıb və altı qatarın avtomatik dayanmasına səbəb budur.

Lakin yerli vaxtla saat 08:36 radələrində Adif dispetçer mərkəzi xəbərdarlığı ləğv etmək və hərəkəti bərpa etmək üçün işarə verib. Nazir belə bir qərarın qəbul edilməməli olduğunu qeyd edib.

Növbəti 25 dəqiqə ərzində ikinci AVE qatarı 25 km məsafə qət edib, bundan sonra hərəkətsiz dayanan "Iryo" qatarı ilə toqquşub.

Puente qeyd edib ki, qatarların arxadan toqquşması İspaniyanın dəmir yolu şəbəkəsi üçün qeyri-adi bir haldır. O, həlak olanların ailələrinə başsağlığı verib və hadisəni ən ağır anlardan biri adlandırıb.

44 filmi