İran Prezidenti Səudiyyə Ərəbistanı kralı və vəliəhdinə məktub göndərib
Digər ölkələr
- 14 sentyabr, 2023
- 12:29
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləziz və vəliəhd şahzadə Məhəmməd bin Salman İran Prezidenti İbrahim Rəisidən ayrı-ayrılıqda məktublar alıblar.
“Report” xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı KİV-i məlumat yayıb.
Bildirilib ki, məktublarda ikitərəfli münasibətlərin inkişafı vurğulanıb.
Səudiyyə Mətbuat Agentliyinin məlumatına görə, məktublar İranın Ər-Riyaddakı səfiri Əlirza Enayat ilə görüş zamanı Səudiyyə Ərəbistanı xarici işlər nazirinin müavini Vəlid Əl-Xuraiciyə verilib.
Qeyd edək ki, 2016-cı ildə tərəflər arasında diplomatik əlaqələr kəsilib. Buna səbəb kimi səudiyyəli şiə ruhanisinin edamı və bunun ardınca Səudiyyə Ərəbistanının Tehrandakı səfirliyi və Məşhəddəki konsulluğuna hücumdur.
Son xəbərlər
05:31
ABŞ-də Konqresə aralıq seçkilərin ilkin nəticələri hesablanır
Digər ölkələr
05:14
Rusiyanın cənubunda "Ozon" logistika mərkəzində dron hücumundan sonra yanğın olub
Region
04:47
Ağdaş və Göyçayın bir sıra ərazilərində bu gün işıq olmayacaq
Energetika
04:28
Tramp: ABŞ-nin yaxın vaxtlarda İrana zərbə endirmək planı yoxdur
Digər ölkələr
03:54
"Qalatasaray" "Ştutqart"la matçda fərqlənən Batrakovla müqaviləyə yenidən baxacaq
Futbol
03:18
NYT: ABŞ və Venesuela hərbi sazişlə bağlı danışıqlar aparır
Digər ölkələr
02:44
Yasamal, Nizami, Binəqədi və Abşeronun bir sıra ərazilərində işıq olmayacaq
Energetika
02:13
NYT: İsrail ABŞ-ni İranın potensial kimyəvi silah istifadəsi ilə bağlı xəbərdar edib
Digər ölkələr
01:55
Çempionlar Liqası: "Qalatasaray", "Barselona" və PSJ qalib gəlib
Futbol