İmran Xan Pakistanda keçirilən seçkilərdə partiyasının qələbə qazandığını elan edib

Digər ölkələr
  • 26 iyul, 2018
  • 13:56
İmran Xan Pakistanda keçirilən seçkilərdə partiyasının qələbə qazandığını elan edib

Bakı. 26 iyul. REPORT.AZ/ Ədalət Hərəkatı Partiyasının lideri İmran Xan Pakistan parlamentinin (Milli Assambleya) Aşağı Palatasına ümumxalq seçkilərində rəhbərlik etdiyi partiyanın qələbə qazandığını elan edib.

Bu barədə "Report" TASS-a istinadən xəbər verir.

"Allah mənə Pakistanla bağlı arzularımı gerçəkləşdirmək imkanı bəxş etdi", - İ.Xan deyib.

Bu ana qədər onun partiyası 272 yerdən 117-nə namizəddir.

Ondan sonra Pakistan Müsəlman Liqası - Nəvaz Fraksiyası (PML-N) gəlir. Onlar ilkin məlumatlara əsasən, 64 yerə iddia edirlər. Üçüncü sırada isə 37 yerlə Pakistan Xalq Partiyası (PXP) qərarlaşıb.

44 filmi