Hindistanın qərbində daşqınlar nəticəsində 11 nəfər ölüb
Digər ölkələr
- 02 iyul, 2023
- 16:20
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Hindistanın qərbindəki Qucarat ştatında son iki gündə güclü musson yağışlarının yaratdığı daşqınlar nəticəsində azı 11 nəfər ölüb.
"Report" xəbər verir ki, bu barədə "Press Trust of India" xəbər agentliyi məlumat yayıb.
Sinoptiklərin məlumatına görə, ştatda sutka ərzində orta hesabla 32 mm yağıntı düşüb. Hindistan Meteorologiya Departamenti leysanın Qucaratda iyulun 3-ə qədər davam edəcəyini bildirib.
Ştatda kəndlərə giriş-çıxış yollarının subasması səbəbindən bağlandığı deyilir.
Hindistanın daxili işlər naziri Amit Şah bəyan edib ki, Qucarat hökuməti güclü yağışlar zamanı insanlara kömək üçün əlindən gələni edir.
Son xəbərlər
08:11
Səudiyyə Ərəbistanı husilərin Ər-Riyad istiqamətində buraxdığı raketi zərərsizləşdirib
Digər ölkələr
08:00
Bakıda FIFA U-15 dünya çempionatı və festivalına start verilir
Futbol
07:55
İran ABŞ-nin hərbi gəmilərinin Fars körfəzinə daxil olmasına icazə verilməyəcəyini bəyan edib
Region
07:20
Tayvan sahillərində iki zəlzələ baş verib
Digər ölkələr
06:57
Fransada yeni etiraz aksiyalarına görə təhlükəsizlik tədbirləri gücləndiriləcək
Digər ölkələr
06:05
İran ordusunun komandanı qoşunları ən yüksək döyüş hazırlığı səviyyəsini saxlamağa çağırıb
Region
05:58
Polşa ABŞ-nin nüvə çəkindirmə proqramına qoşulmaq niyyətindədir
Digər ölkələr
05:28
ABŞ-də məxfi məlumatları sevgilisinə ötürən MKİ-nin podratçısı saxlanılıb
Digər ölkələr
04:58
Venesuelada neft hasilatında son illərin ən yüksək göstəricisi qeydə alınıb
Digər ölkələr