Hindistanda tikiş fabrikində qaz sızması nəticəsində 100 nəfər zəhərlənib

Digər ölkələr
  • 03 avqust, 2022
  • 06:20
Hindistanda tikiş fabrikində qaz sızması nəticəsində 100 nəfər zəhərlənib

Hindistanın Andhra-Pradeş ştatında yerləşən tikiş fabrikində qaz sızması nəticəsində azı 100 nəfər zəhərlənib.

“Report” TASS-a istinadən xəbər verir ki, hadisə zamanı müəssisədə çoxu qadın olmaqla, minədək insan olub. Vəziyyəti pisləşənlər xəstəxanaya çatdırılıblar. Qalan işçilər təxliyə edilib.

Qaz sızmasının baş verdiyi sex bağlanıb. Polis araşdırmalara başlayıb.