Hindistanda qatarın fil sürüsünü vurması nəticəsində səkkiz heyvan ölüb
Digər ölkələr
- 20 dekabr, 2025
- 08:57
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Hindistanın şərqində sərnişin qatarı fil sürüsünə çırpılıb, nəticədə səkkiz heyvan ölüb.
"Report" xəbər verir ki, bu barədə PTI agentliyi məlumat yayıb.
Hadisə gecə vaxtı şərqdəki Assam ştatında baş verib. Sairanq–Yeni Dehli marşrutu ilə hərəkət edən "Rajdhani Express" qatarı vəhşi fil sürüsünə çırpılıb. Yerli meşə təsərrüfatının məlumatına görə, səkkiz heyvan tələf olub.
Qəza nəticəsində qatarın beş vaqonu və lokomotivi relsdən çıxıb. "Lakin sərnişinlər arasında xəsarət alan olmayıb", – Şimal-Şərq Sərhəd Dəmir Yolunun rəhbərliyi bildirib.
Zərər çəkmiş dəmir yolu sahəsindən keçməli olan qatarlar başqa marşruta yönləndirilib. Hazırda bərpa işləri aparılır.
Son xəbərlər
19:58
Nərgiz Qurbanova: Azərbaycan və Macarıstan iqtisadi və enerji əməkdaşlığını genişləndirmək niyyətindədir
Xarici siyasət
19:56
Tamaş Torma: Macarıstan Azərbaycan iqtisadiyyatına təxminən 2 milyard dollar investisiya yatırıb
Xarici siyasət
19:54
Foto
Lissabonda Azərbaycan səfirliyinin açılışına hazırlıq müzakirə edilib
Xarici siyasət
19:34
Azərbaycanla Kanadanın aparıcı analitik mərkəzi arasında əməkdaşlıq müzakirə olunub
Xarici siyasət
19:31
UEFA Çempionlar Liqası: "Sabah" və "Borussiya" komandalarının start heyətləri açıqlanıb
Futbol
19:22
SEPAH: Hörmüz boğazında neft tankeri yanıb
Region
19:18
Türkiyədə 25 qanunsuz miqrant saxlanılıb
Region
19:12
Osloda Zelenski və Uitkoffun görüşü başlayıb
Digər ölkələr
19:08
"Roma"nın futbolçusu Uesli Fransa Premyer Liqanın 3 klubunun diqqət mərkəzinə düşüb
Futbol