Fransada naməlum şəxslər 4 nəfəri güllələyib
Digər ölkələr
- 10 sentyabr, 2017
- 12:17
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 10 sentyabr. REPORT.AZ/ Fransanın şimalında naməlum şəxslər 2-i uşaq olmaqla, 4 nəfəri güllələyib.
"Report"un məlumatına görə, bu barədə "Le Parisien" xəbər verib.
Xəbərdə bildirilir ki, hadisə Uaz departamentində, dəmiryolu stansiyasında baş verib.
Həlak olanlar yerli sakinlərdən olan bir qadın və onun 3, 5 yaşlı uşaqlarıdır. Mətbuatın məlumatına görə, öldürülən 4-cü şəxs ailənin dostudur.
İlkin xəbərdə bildirilir ki, hadisəni törədənlər 2 nəfər olub. Onlardan biri qətldən sonra intihar edib. İkinci cinayətkar isə hadisə yerindən qaçıb. O, axtarışa verilib.
Hadisənin baş verdiyi ərazi əhatəyə alınıb. Stansiya ərazisində vertolyotla müşahidə aparılır, əraziyə silahlı jandarmlar cəlb edilib.
Son xəbərlər
09:13
Azərbaycan Premyer Liqasında XI tura start verilir
Futbol
09:05
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (06.11.2026)
Maliyyə
08:55
Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (06.11.2026)
Maliyyə
08:52
Video
Türkiyədə keçirilən əməliyyatlarda 12 nəfər saxlanılıb
Region
08:30
ABŞ-də bir gündə üç nəfər edam edilib
Digər ölkələr
08:15
Beynəlxalq axtarışda olan şəxs Almaniyadan Azərbaycana gətirilib
Hadisə
08:10
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı yaranıb
İnfrastruktur
08:03
Demokratlar Kanada mallarına qoyulan rüsumları ləğv etmək istəyirlər
Digər ölkələr
08:00
Bu gün Azərbaycan Televiziyası və Radiosu Günüdür
Media