Fransada meriya binasını yandırmaqda şübhəli bilinən şəxs həbs edilib

Digər ölkələr
  • 20 oktyabr, 2026
  • 11:59
Fransada meriya binasını yandırmaqda şübhəli bilinən şəxs həbs edilib

Fransanın Yuxarı Vyanna departamentində Limoj meriyasının yerləşdiyi XIX əsrə aid binada baş verən yanğından üç gün sonra bir nəfər həbs edilib.

"Report" xəbər verir ki, bu barədə Fransa mediası məlumat yayıb.

"40 yaşlı şəxs həmçinin dövlət vəzifəsini tutan şəxsə qarşı zorakılıq aktları törətməsi ilə də tanınır", - polisdən bildirilib.

Digər təfərrüatlar verilmir.

44 - Tezliklə