Filippində daşqın qurbanlarının sayı 38 nəfərə yüksəlib
Digər ölkələr
- 24 yanvar, 2023
- 03:57
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Filippində güclü yağışların səbəb olduğu daşqınlar nəticəsində azı 38 nəfər ölüb.
“Report” xəbər verir ki, bu barədə ölkənin Risklərin qarşısının alınması və təbii fəlakətlərin aradan qaldırılması üzrə Milli Şurasının dərc olunmuş hesabatında qeyd olunub.
Bildirilib ki, 5 nəfər itkin düşüb. Məlumata görə, daşqınlar ölkənin 14 regionunda 1,94 milyondan çox filippinliyə ziyan vurub. Bundan əlavə, daha 116,6 min sakin təxliyə edilməli olub.
Sel 306 yola, 65 körpüyə və 35 dəniz limanına ziyan vurub, 622 şəhərdə məktəblər və fabriklər müvəqqəti bağlanıb, 84 yaşayış məntəqəsində fövqəladə vəziyyət elan edilib.
Son xəbərlər
09:34
Azərbaycanda gələn il bütün şəhər və rayonlar dövlət büdcəsindən vəsait almayacaq
Maliyyə
09:33
Azərbaycanın icmal büdcəsinin kəsirinin yuxarı həddi 5 % azaldılır
Maliyyə
09:29
İnfantino: "Azərbaycan və Özbəkistan dünyanın ən yaxşı gənc futbolçularını qarşılamağa hazırlaşır"
Futbol
09:29
İcbari Tibbi Sığorta Fonduna büdcədən ayırmalar 22 %-dən çox artırılır
Maliyyə
09:23
Azərbaycan dövlət zəmanətlərinin yuxarı həddini 2 dəfə artırır
Maliyyə
09:21
Salyanda kişini elektrik cərəyanı vuraraq öldürüb
Hadisə
09:21
UEFA reytinqi: Azərbaycan həftəni 24-cü pillədə başa vurub
Futbol
09:20
Azərbaycanda ehtiyat fondlarına ayırmalar sabit saxlanılır
Maliyyə
09:16
Naxçıvana dotasiya 6 %-dən çox azaldılır
Maliyyə