"Euroclear" Rusiya aktivlərinin gəlirindən Ukraynaya 6,6 milyard avro göndərib

Digər ölkələr
  • 08 may, 2026
  • 17:16
Euroclear Rusiya aktivlərinin gəlirindən Ukraynaya 6,6 milyard avro göndərib

"Euroclear" beynəlxalq şirkəti Rusiyanın aktivlərindən əldə edilən gəlirdən Ukraynaya 6,6 milyard avro köçürüb.

"Report" xəbər verir ki, bu barədə şirkətin hesabatında deyilir.

"Euroclear" bildirib ki, 2026-cı ilin 1-ci rübünün yekunları üzrə Rusiyanın dondurulmuş aktivlərinin həcmi 200 milyard avro təşkil edib.

"15 fevral 2024-cü il tarixindən indiyədək "Euroclear" aktivlərdən əldə edilən 6,6 milyard avro gəliri Ukrayna üçün Avropa Fonduna köçürüb. 1,4 milyard avro məbləğində növbəti ödəniş 2026-cı ilin iyulunda həyata keçiriləcək", - şirkətin hesabatında deyilib.

"2026-cı il martın sonuna "Euroclear Bank"ın balansı 237 milyard avro təşkil edib, bunun 200 milyard avrosu sanksiyalara məruz qalmış Rusiya aktivlərinə aiddir", - sənəddə qeyd olunub.

44 filmi