Ərdoğan: "Ukraynadan 5 milyon tondan çox taxıl ixrac olunub”

Digər ölkələr
  • 26 sentyabr, 2022
  • 14:36
Ərdoğan: Ukraynadan 5 milyon tondan çox taxıl ixrac olunub”
Rəcəb Tayyib Ərdoğan

“İndiyədək Ukraynadan 5 milyon tondan çox taxıl ixrac olunub”.

“Report” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Türkiyə lideri bildirib ki, Ankara Moskva və Kiyevlə dialoqu davam etdirir:

“Taxıl sazişi” kimi uğura imza atmışıq. Biz koronavirus pandemiyasında olduğu kimi, yenə də panikaya qapılmadıq”.

Qeyd edək ki, Rusiyanın Ukraynaya qarşı müharibəsi bu il fevralın 24-də başlayıb. Nəticədə Ukrayna taxılının dünya bazarına çıxarılması mümkünsüz olub. Ancaq iyul ayında İstanbulda Türkiyə, Rusiya, Ukrayna və BMT arasında baş tutan danışıqlar zamanı dünya ölkələrinə taxıl daşınmasına dair razılıq əldə olunub.