Çinin şimalında iki zəlzələ baş verib
Digər ölkələr
- 28 iyul, 2026
- 08:45
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Çinin şimalında, Çinxay vilayətində 5,8 və 5,6 maqnitudalı iki zəlzələ baş verib.
"Report" xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Qeyd olunub ki, birinci zəlzələnin episentri təxminən 1,6 milyon insanın yaşadığı Sinin şəhərindən 242 km cənub-qərbdə yerləşib. Zəlzələnin ocağı 10 km dərinlikdə olub.
İkinci zəlzələnin episentri isə həmin şəhərdən 249 km cənub-qərbdə yerləşib, ocağın dərinliyi 15 km təşkil edib. Zərərçəkənlər və dağıntılar barədə hələlik məlumat daxil olmayıb.
Son xəbərlər
19:34
Beynalxalq axtarışa verilən Celal Çiftçi Azərbaycan dövləti və xalqından üzr istəyib
Xarici siyasət
19:33
Ukrayna yaxın vaxtlarda İsveçdən "Gripen" qırıcı təyyarələrinin tədarükünü gözləyir
Digər ölkələr
19:15
İlham Əliyev yaradılmasının 30 illiyi münasibətilə Milli Paralimpiya Komitəsini təbrik edib
Daxili siyasət
19:14
Dünya çempionatı: Azərbaycanın U-23 minifutbol millisi üçüncü yer uğrunda matçda uduzub
Futbol
19:12
Foto
Ərdoğan Kambocanın Baş naziri ilə müzakirə aparıb
Region
19:07
Foto
Cəlilabadda növbəti əmək yarmarkası keçirilib
Sosial müdafiə
19:02
Bayraktar və Novak Türkiyə ilə Rusiyanın yeni enerji layihələrini müzakirə ediblər
Region
18:54
Ağır cinayətlərə görə cəzanın təxirə salınma qadağası Konstitusiyaya uyğun hesab edilib
Daxili siyasət
18:50
Ötən ay 52 nəfər Azərbaycana readmissiya edilib
Xarici siyasət