Çində asma körpünün uçması nəticəsində 5 nəfər ölüb
Digər ölkələr
- 07 avqust, 2025
- 00:15
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Çinin şimal-qərbində yerləşən Sintszyan-Uyğur Muxtar Rayonunda asma körpünün uçması nəticəsində 5 nəfər ölüb, 24 nəfər yaralanıb.
“Report” xəbər verir ki, bu barədə “Sinhua” agentliyi yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.
“İli-Qazax Muxtar Dairəsinin Çjaosu mahalının Syata rayonunda asma körpüdə kabel qırılıb, nəticədə körpünün döşəməsindəki tarazlıq pozulub, o bir tərəfə əyilib və 29 nəfər körpüdən yıxılıb, onlardan 5-i ölüb”, - məlumatda deyilir.
Qəza nəticəsində 22 nəfərin yüngül, daha 2 nəfərin isə ağır xəsarət aldığı vurğulanır. Zərərçəkənlərin hamısı xəstəxanaya yerləşdirilib.
Asma körpü hərəkətə bağlanıb.
Son xəbərlər
11:16
ABİF sahibkarlar üçün yeni "Yaşıl kredit" məhsulunu təqdim edib
Biznes
11:15
Azərbaycan radiosunun 100 illik yubileyinə həsr olunmuş elmi-praktik konfrans keçirilir
Elm və təhsil
11:11
Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib
İnfrastruktur
11:11
Nazir: "Əkin sahələrinin 10-12 %-i hər il monitorinqə cəlb edilir"
ASK
11:08
Pakistanın federal naziri "ASAN xidmət"lə əməkdaşlığa görə medalla təltif edilib
Xarici siyasət
11:05
DÇ-2028: Azərbaycanın futzal millisi bu gün növbəti matçına çıxacaq
Futbol
11:01
Foto
"Qərbi Abşeron" yatağında stasionar dəniz özülü istismara verilib
Energetika
11:00
İSF-nin gələn il gözlənilən gəlirlərinin və xərclərinin strukturu açıqlanıb
Maliyyə
11:00
DSMF-nin gələn il gözlənilən gəlirlərinin və xərclərinin strukturu açıqlanıb
Maliyyə