Çexiya Baş naziri və ailəsi ölümlə təhdid edilib
Digər ölkələr
- 28 fevral, 2021
- 20:27
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Çexiya Baş naziri Andrey Babiş özünün və ailə üzvlərinin ölümlə təhdid edildiyini deyib.
“Report” xəbər verir ki, bu barədə “CNN Prima News” məlumat yayıb.
Baş nazir bildirib ki, ölkə polisi 8 yanvar tarixində onun ailəsini öldürmək istəyən şəxsin olması barədə məlumat verib. Qeyd olunub ki, adı açıqlanmayan şəxs hazırda İspaniyadadır.
Bundan sonra hökumət başçısının evinin təhlükəsizliyi gücləndirilib.
Ölkənin hüquq-mühafizə orqanları tvitterdə faktla bağlı cinayət işinin açıldığını qeyd edib.
Qeyd olunub ki, kriminalistlər həmin şəxsin tutulması ilə bağlı prokurorluğa müraciət ediblər.
Son xəbərlər
14:38
Demokratlar ABŞ Nümayəndələr Palatasında 260-a yaxın yer qazana bilərlər
Digər ölkələr
14:35
ABŞ hərbçisi Yaponiyada təlimlər zamanı ölüb
Digər ölkələr
14:33
Maliyyə naziri: "Dövlət büdcəsinin 11-13 %-i Qarabağın bərpasına xərclənir"
Maliyyə
14:32
Azərbaycanda gələn il iqtisadi fəaliyyət xərcləri ən yüksək paya malik olacaq
Maliyyə
14:29
Video
Rəhim Həsənov "Kəpəz" - "İmişli" oyununda baş hakimin səhv qərar verdiyini bildirib
Futbol
14:23
Foto
İstanbulda Atakan Kərküklünün "Azıx mağarası: Azərbaycanın beşiyi" sənədli filmi nümayiş olunub
Mədəniyyət siyasəti
14:21
Cəlilabadda 6 kəndin işığı kəsilib
Energetika
14:19
Vüqar Gülməmmədov: "Hüquqi şəxslərin iri daşınmaz əmlakları vergiyə cəlb edilmir"
Maliyyə
14:17
Azərbaycanda bayram günlərində avtovağzallar gücləndirilmiş rejimdə çalışacaq
İnfrastruktur