Braziliyada daşqın qurbanlarının sayı 90 nəfərə çatıb
Digər ölkələr
- 07 may, 2024
- 20:17
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Braziliyada daşqınlar nəticəsində ölənlərin sayı 90 nəfərə çatıb.
“Report” xəbər verir ki, “G1” portalı bu barədə Rio-Qrandi-du-Sul ştatının Mülki Müdafiə Xidmətinə istinadla məlumat yayıb.
Bildirilib ki, Braziliyanın Argentina və Uruqvayla sərhədyanı rayonlarında təbii fəlakət nəticəsində 362 insan xəsarət alıb, 131 nəfər isə itkin düşüb. Yağışlar və qasırğa 1,17 milyondan çox insana zərər vurub.
Ştatın inzibati mərkəzi Portu-Aleqridə və paytaxt regionunda vəziyyət kritik həddədir. Region əhalisinin təxminən 85 faizi içməli sudan məhrum olub.
Qeyd edək ki, Braziliyanın cənub rayonları ötən həftənin əvvəlindən bəri güclü yağışların təsiri altındadır.
Son xəbərlər
14:46
Stubb və Störe Putinlə danışıqdan sonra Zelenskiyə zəng ediblər
Digər ölkələr
14:46
Salyanda bir ailənin üç üzvü bıçaqlanıb, ölən var - Yenilənib
Hadisə
14:45
Valeriya Ciannotta: Azərbaycan-İtaliya münasibətləri üzrə təcrübə bütün Aİ üçün faydalı ola bilər
Xarici siyasət
14:37
Somalidən 20 tələbə Azərbaycanda təhsil alacaq
Elm və təhsil
14:37
Foto
Rövşən Rzayev vətəndaşların müraciətlərini dinləyib
Daxili siyasət
14:27
UNCTAD: Striminq xidmətləri musiqi sənayesi gəlirlərinin 70 %-ni formalaşdırır
İncəsənət
14:25
AQP: Beynəlxalq təcrübə qiymətləndirmə sektorunun inkişafını sürətləndirir
Maliyyə
14:20
Müharibədə qələbə cəmiyyətin bütün təbəqələrinin ümummilli məqsəd naminə birləşmək bacarığını ortaya qoydu – Rəy
Xarici siyasət
14:19
Akif Quliyev: "Həkəriçay su anbarı 700 minə yaxın əhalini içməli su ilə təmin edəcək"
İnfrastruktur